"Tramp yeganə liderdir ki..." - Ryabkov
ABŞ Prezidenti Donald Tramp NATO-nun genişlənməsini Ukraynadakı münaqişənin əsas səbəbi kimi açıq şəkildə tanıyan ilk və demək olar ki, yeganə Qərb lideridir.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Jirinovski oxuları” forumunda bildirib.
“Tramp NATO-nun genişlənməsini münaqişənin ilkin səbəbi kimi açıq şəkildə etiraf edən ilk və demək olar ki, yeganə Qərb lideridir”, – deyə nazir müavini vurğulayıb.
Ryabkov həmçinin qeyd edib ki, nizamlanma üzrə danışıqlar prosesi Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri arasında Ankoric sammitində əldə olunan razılaşmalar çərçivəsində aparılmalıdır. Onun sözlərinə görə, bu, çətin olsa da, Moskva ilə Vaşinqton arasında sülhün əldə olunması və münasibətlərin normallaşdırılması üçün düzgün yoldur.
Aytəkin TOFİQQIZI













