"Heç kim dollardan imtina etməyib, onun istifadəsini məhdudlaşdıran ABŞ-dir"

 14:48 13.02.2026     342

"Heç kim dollardan istifadədən imtina etməyib, bir sıra ölkələrin bu valyutada əməliyyat aparmaq hüququnu məhdudlaşdıran ABŞ-dir."

Redaktor.az xəbər verir ki, bunu Dmitri Peskov brifinqdə bildirib.

Peskov qeyd edib: “Axı, heç kim dollardan istifadədən imtina etməyib. Bir sıra ölkələrin dollardan istifadə hüququnu məhdudlaşdıran məhz onu verən ölkə, Amerika Birləşmiş Ştatlarıdır”.

Onun sözlərinə görə, bu məhdudiyyətlər ölkələri "alternativ formalardan" istifadə etməyə məcbur edib.

Peskov əlavə edib ki, əgər dollar yenidən cəlbedici olarsa, hamı onu digər valyutalarla birlikdə istifadə etməyə qayıdacaq.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən