Qarabağı könüllü tərk etmiş 30 min nəfər Ermənistan vətəndaşlığı alıb

 16:21 13.02.2026     325

“Azərbaycan ərazisindən könüllü köç etmiş təxminən 30 min nəfər Ermənistan vətəndaşlığı alıb”​.

Redaktor.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında həmin ölkənin daxili işlər naziri Arpine Sarqsyan bildirib.

Nazirin sözlərinə görə, vətəndaşlıq almış şəxslərin böyük əksəriyyəti 2025-ci ilin ikinci yarısında müraciət edənlərdir.

“Başqa sözlə, vətəndaşlıq alma prosesi xeyli asanlaşdırılıb və sürətləndirilib. Əgər əvvəllər müvafiq platformaya gündə 40 müraciət daxil olurdusa, indi 200-ə qədər ərizə daxil olur”, - Sarqsyan deyib. 

Vumart və Güvən reklamı Vumart Güvən