Tacikistanda "Danone" şirkətinin Nutrilon və Malutka körpə qidaları satışdan ÇIXARILIR
Tacikistanda “Nutrilon” və “Malutka” körpə qida qarışıqlarının bir neçə partiyası satışdan geri çağırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Respublika Hökuməti yanında Standartlaşdırma, Metrologiya, Sertifikatlaşdırma və Ticarət Təftişi Agentliyi (Tacikstandart) məlumat yayıb.
Geri çağırılma istehsalçı "Danone" şirkətinin rəsmi bildirişi və idxalçının tələbi əsasında həyata keçirilib.
Məlumata görə, səbəb qarışıqlarda uşaqlarda ürəkbulanma və qusmaya səbəb ola biləcək sereulid toksininin ehtimal olunan mövcudluğudur. Agentliyin açıqlamasında bildirilir ki, istehsalçının məlumatına əsasən, məhsulun müəyyən partiyalarında sereulid toksini aşkarlana bilər.
Aminə ŞAHSUVARQIZI













