Londonun məşhur küçəsi Ramazana görə bəzədildi - VİDEO

 13:10 14.02.2026     403

Böyük Britaniyanın paytaxtı Londonda Ramazan ayı ilə bağlı hazırlıqlar başlayıb.

Redaktor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şəhərin məşhur Coventry küçəsi 2023-cü ildən bu yana artıq dördüncü dəfədir Ramazan ayı münasibətilə bəzədilir.

Küçənin bəzədilməsi üçün təqribən 31 min led işıqlardan istifadə olunub. Müxtəlif formalı bəzəkləri isə hər axşam yerli vaxtla 17:00-01:00 aralığında izləmək mümkündür.

Ramazan ayı ilə bağlı hazırlıqlar şəhər sakinlərinin marağına səbəb olub.

Vumart və Güvən reklamı Vumart Güvən