ABŞ Suriyada 30-dan çox İŞİD obyektinə zərbə endirdi

 16:38 14.02.2026     446

ABŞ Suriyada İŞİD mövqelərinə zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, ABŞ hərbi qüvvələri fevralın 3-dən 12-nə qədər Suriyada 30-dan çox İŞİD obyektinə 10 zərbə endirib.

Terror qrupunun infrastrukturu və silah anbarları aviazərbələrlə hədəfə alıb.

Vumart və Güvən reklamı Vumart Güvən