İranda Əfqanıstan vətəndaşlarını daşıyan maşınlar qəza törətdi - 4 ölü, 21 yaralı

 18:10 16.02.2026     376

İranın Zahidan bölgəsində Sərəvan-Kəlpurqan yolunda yaşanan yol qəzasında 4 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Redaktor.az İran mediasına istinadən xəbər verir ki, Əfqanıstan vətəndaşlarını daşıyan iki nəqliyyat vasitəsi toqquşub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən