“Rusiyaya qarşı təzyiq gücü olmalıdır”

 12:37 17.02.2026     316

Ukrayna lideri Volodimir Zelenski Cenevrədə keçiriləcək danışıqlar ərəfəsində gücə əsaslanan diplomatiyanın daha effektiv olacağını bəyan edib.

Redaktor.az xəbər verir ki, dövlət başçısı bu barədə "Telegram" hesabında paylaşım edib.

“Diplomatiyamız ədalət və güc olduğu təqdirdə daha təsirli olacaq. Rusiyaya qarşı təzyiq gücü olmalıdır”, – deyə Zelenski yazıb.

O bildirib ki, Ukrayna ordusuna davamlı dəstəyin təmin edilməsi vacibdir. Prezident həmçinin hava hücumundan müdafiə sistemləri üçün raketlərin müntəzəm tədarükünün əhəmiyyətini vurğulayıb.

Zelenski əlavə edib ki, Rusiyaya qarşı sanksiya təzyiqlərinin daha da gücləndirilməsinə ehtiyac var.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən