"Sanksiya altında olan ölkələrin birləşdirilməsi ideyasını dəstəkləyirəm" - Lukaşenko
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Xarici İşlər Nazirliyinin sanksiya altında olan ölkələrin birləşdirilməsi ideyasını dəstəklədiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, məlumatı dövlət agentliyi BelTA yayıb.
Prezidentin fikrincə, əgər bu ölkələr birləşər və razılığa gəlsələr, onları sanksiyalarla hədəfləyənlər qorxacaq. Lukaşenko bu bəyanatı Belarus hökumətinin 2025-ci il üzrə hesabatını qəbul edərkən verib.
O qeyd edib ki, hazırda birbaşa sanksiyalara məruz qalan ölkələrin sayı 50-dir, lakin “ikinci dərəcəli effekt artıq yüzlərlə dövlətə təsir edir”.
Lukaşenko bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi ona, Əməkdaşlıq Dövlətinin Ali Dövlət Şurasının sədri kimi, həmin ölkələrin birləşdirilməsi məsələsini nəzərdən keçirməsini təklif edib.
Prezident həmçinin vurğulayıb ki, Çin də bu prosesə cəlb edilib və onun inandırılmasına ehtiyac yoxdur, çünki Çin anlayır ki, növbəti onun olacaq.
Lukaşenko bu ölkələrin birləşərək güc və qüvvələrini nümayiş etdirmələrinin vacibliyini qeyd edib.
Nuriyyə NATİQQIZI













