Cenevrədə Ukrayna ilə bağlı danışıqlar BAŞLADI
Rusiya, ABŞ və Ukrayna arasında Ukrayna münaqişəsinin nizamlanmasına dair üçtərəfli danışıqlar İsveçrənin Cenevrə şəhərində start götürüb.
Redaktor.az xəbər verir ki, bu barədə RIA Novosti mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, görüşün Moskva vaxtı ilə saat 14:00-da başlaması planlaşdırılırdı. Üçtərəfli danışıqların üçüncü raundu 17-18 fevral tarixlərində Cenevrədə keçirilir.
Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Bundan əvvəlki raund fevralın 4-5-də Abu-Dabi şəhərində baş tutmuşdu. Həmin görüşdə Rusiya nümayəndə heyətinə RF Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi, admiral İqor Kostyukov rəhbərlik etmişdi.
Nuriyyə NATİQQIZI













