Jurnalistlərə Ukrayna ilə bağlı danışıqlara giriş icazəsi VERİLMƏYƏCƏK

 11:53 18.02.2026     216

Cenevrədə Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqların ikinci günü qapalı qapılar arxasında keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə yerli diplomatik polis RIA Novosti-yə məlumat verib.

Məlumata görə, danışıqlarla bağlı təhlükəsizlik tədbirləri gücləndirilmiş şəkildə davam edir.

Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli danışıqların üçüncü raundu 17-18 fevral tarixlərində Cenevrədə keçirilir. Rusiya nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

Üçtərəfli danışıqların əvvəlki mərhələsi 4 və 5 fevral tarixlərində Əbu-Dabidə baş tutub. Həmin görüşdə Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi admiral İqor Kostyukov rəhbərlik edib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən