Ata azyaşlı üç övladına tatu etdirdiyi üçün həbs OLUNDU

 16:47 18.02.2026     311

Böyük Britaniyada azyaşlı üç övladına tatu edən kişi real həbs cəzası alıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Nyukasl şəhərində məhkəmə 31 yaşlı Patrik Kounu uşaqlarına daimi tatu vurduğuna görə üç il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə materiallarına əsasən, Kou ev şəraitində istifadə olunan tatu dəsti ilə bir uşağın ayaq altına ürək, digərinin sinəsinə kəllə sümüyü, üçüncüsünün isə topuğuna ruh (kabus) şəkli həkk edib.

Prosedur zamanı uşaqlar güclü ağrı hiss ediblər. Onlara tatuların müvəqqəti olduğu bildirilsə də, sonradan bunun daimi olduğu məlum olub. Hadisədən sonra uşaqlara hepatit B və tetanus əleyhinə peyvəndlər vurulub, həmçinin qan analizləri aparılıb. Hazırda onların təşviş, yuxusuzluq və qaşınma kimi problemlər yaşadıqları, psixoloji dəstəyə ehtiyac duyduqları bildirilir.

Uşaqlara fiziki və emosional zərər vuran Kou saxlanılarkən zarafat edib və əməlində “heç bir pislik görmədiyini” deyib. Lakin məhkəmədə o, üç epizod üzrə qəddarlıq faktını etiraf edib.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən