Yaponiya qeyri-dost mövqe tutur - Peskov

 14:32 20.02.2026     375

Rusiya ilə Yaponiya arasında münasibətlərin hazırda faktiki olaraq sıfır səviyyəsinə endiyi və tərəflər arasında heç bir dialoqun aparılmadığı bildirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

“Hazırda münasibətlərimiz sıfıra enib. Heç bir dialoq aparılmır”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov qeyd edib ki, Tokio Moskva ilə münasibətlərdə qeyri-dost mövqe tutur və bu şəraitdə iki ölkə arasında razılaşmaların, o cümlədən sülh müqaviləsi ilə bağlı məsələlərin əldə olunması mümkün deyil.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən