ABŞ-dən qalxan naməlum təyyarədəki şəxs KİMDİR?

 16:07 20.02.2026     404

Vaşinqtondan qalxaraq Qrenlandiya, Norveç, Finlandiya və Rusiyanın hava məkanlarından keçərək uçan naməlum təyyarə Daşkəndə eniş edib. Məlum olub ki, təyyarədə ABŞ-dən qayıdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də olub.

Redaktor.az xəbər verir ki, bu barədə "FlightAware"in məlumatında qeyd edilib.

Bildirilib ki, Özbəkistan liderinin də göyərtəsində olduğu təyyarə fevralın 19-da yerli vaxtla saat 14:12-də (Bakı vaxtı ilə 23:12) Endryus aviabazasından qalxıb və fevralın 20-də saat 12:13-də (Bakı vaxtı ilə 11:13) Daşkəndə enib.

Qeyd edək ki, Ş.Mirziyoyev Qəzza Sülh Şurasının ilk iclasında iştirak etmək üçün fevralın 17-dən 19-dək Vaşinqtonda olub.

Vumart və Güvən reklamı Vumart Güvən