NASA Ay missiyasının mart ayına planlaşdırılan buraxılışını təxirə SALDI

 04:00 22.02.2026     446

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) “Artemis II” adlı pilotlu Ay missiyasının mart ayına planlaşdırılan buraxılışını texniki problemlər səbəbindən təxirə salıb.

Redaktor.az
xəbər verir ki, bu barədə qurumun rəhbəri Cared Ayzekman məlumat yayıb.

“Marta nəzərdə tutulan start pəncərəsi artıq nəzərdən keçirilməyəcək. Bu qərarın məyusedici olduğunu anlayıram”, – deyə o, "X" sosial şəbəkəsində yazıb.

Bundan əvvəl NASA Space Launch System (SLS) raketdaşıyıcısını və Orion kosmik gəmisini yenidən yığım korpusuna qaytarmaq qərarı verib.

Onlar yanvarın 17-dən Floridadakı start meydançasında yerləşdirilmişdi.

Lakin fevralın 21-nə keçən gecə mütəxəssislər SLS raketinin aralıq kriogen mühərrik pilləsində helium təchizatında nasazlıq aşkar ediblər.

Ayzekmanın sözlərinə görə, problemlərin səbəbindən asılı olmayaraq, onların araşdırılması və aradan qaldırılması yalnız yığım korpusunda mümkündür.

Missiyanın yeni start tarixi hələ açıqlanmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən