Makron Trampa sanksiyaların götürülməsi ilə bağlı müraciət ETDİ

 13:26 22.02.2026     367

Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampa bir sıra Avropa vətəndaşının üzərindən sanksiyaların götürülməsi xahişi ilə müraciət edib.

Redaktor.az bu barədə "La Tribune Dimanche" qəzetinə istinadən xəbər verir.

Makron daxili bazar məsələləri üzrə keçmiş avrokomissar Tyeri Breton və Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimi Nikolya Qiyu barəsində tətbiq edilən məhdudiyyətlərin ləğvini xahiş edib.

Qiyu barəsində sanksiyalar BCM-nin İsrailin Baş naziri Benyamin Netanyahu haqqında həbs qərarı çıxarmasından sonra tətbiq edilib. Breton isə amerikalılara senzura tətbiq etmək cəhdlərində ittiham olunur.

Vumart və Güvən reklamı Vumart Güvən