Almaniya səfiri Gürcüstan hakimiyyəti haqqında sərt DANIŞDI
Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Tbilisi ilə Budapeşt arasındakı münasibətlər barədə sərt açıqlama verib.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, fevralın 24-də Avropa İttifaqı Gürcüstanın Kulevi limanını Rusiyaya qarşı sanksiyaların 20-ci paketinə daxil edib. İddialara əsasən, liman məhdudiyyətləri aşaraq Rusiyanın “kölgə donanması”na xidmət göstərir. Bildirilir ki, Macarıstan və Slovakiya sanksiya paketinə veto qoyub.
Fişer Macarıstanı Gürcüstanın Aİ-dəki “ən yaxşı dostu” adlandıraraq rəsmi Tbilisiyə müraciətlə deyib:
“Macarıstan Gürcüstanın müttəfiqidir və guya bu, sizə Aİ-yə qoşulmağa kömək edəcək, amma bir daha düşünün – bu, baş verməyəcək!”
Aminə ŞAHSUVARQIZI












