İran məhkəməsi yanvardakı etirazlarla bağlı ilk ölüm hökmünü ÇIXARDI

 17:01 24.02.2026     215

İran İnqilab Məhkəməsi yanvar ayında etiraz aksiyalarında iştirak edən Məhəmməd Abbasi barəsində ölüm hökmü çıxarıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" ittiham olunan şəxsin ailə üzvlərinə istinadən məlumat yayıb.

O, “Allaha düşmənçilik” ittihamı üzrə təqsirli bilinib.

Abbasi nümayişlər zamanı bir polkovnikin öldürülməsində iştirakda ittiham edilib.

Bildirilir ki, bu, yanvar ayında baş vermiş kütləvi etirazlarla bağlı ilk belə hökmdür.

Vumart və Güvən reklamı Vumart Güvən