Peskov Rusiyanın hərbi əməliyyatın bütün məqsədlərinə çatmadığını etiraf ETDİ
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın xüsusi əməliyyatın məqsədlərinə çatmadığı barədə açıqlamasına münasibət bildirib.
Redaktor.az xəbər verir ki, Peskov ümumilikdə bu fikirlə razılaşsa da, məqsədlərin bir çoxuna artıq nail olunduğunu vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının əsas məqsədi Donbas sakinlərinin təhlükəsizliyini təmin etməkdir.
“Biz onların bir çoxuna nail olmuşuq. Əsas məqsəd Ukraynanın şərqində yaşayan və həqiqətən ölümcül təhlükə altında olan insanların təhlükəsizliyini təmin etməkdir. Bu, ən vacib məsələdir. Amma bəli, məqsədlərə hələ tam nail olunmayıb, ona görə də xüsusi əməliyyat davam edir”, – deyə Peskov bildirib.
Kremlin sözçüsü əlavə edib ki, hərbi əməliyyat əvvəlcə “Kiyev rejiminə qarşı əks-hücum” kimi başlayıb, lakin sonradan Moskva ilə Qərb ölkələri arasında qarşıdurmaya çevrilib. O, Rusiyanın münaqişənin əvvəlindən danışıqlar yolu ilə həllinə ümid etdiyini də qeyd edib.
Aminə ŞAHSUVARQIZI












