Böyük Britaniya və Fransa Ukraynaya nüvə silahı vermir – Starmerin nümayəndəsi təkzib etdi

 21:15 24.02.2026     460

Böyük Britaniyanın Baş naziri Kira Starmerin rəsmi nümayəndəsi Paris və Londonun Kiyevə nüvə silahı verməsi barədə məlumatları təkzib edib.

Redaktor.az xəbbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Baş nazirin nümayəndəsi bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir: «Bunun heç bir əsası yoxdur».

Dauning-strit əməkdaşı həmçinin Starmerin açıqlamasına diqqət çəkib: Böyük Britaniya Ukraynada ədalətli və uzunmüddətli sülhün təmin olunması istiqamətində səyləri davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, fevralın 24-də Rusiya Xarici Kəşfiyyat Xidməti Britaniya və Fransanın Ukraynanı nüvə bombası ilə təchiz etmək planları olduğunu açıqlamışdı.

Hərbi ekspert və hava hücumundan müdafiə tarixi üzrə tədqiqatçı Yuri Knutov isə Paris və London hakimiyyətlərini xəbərdar edib ki, belə bir addım yalnız beynəlxalq razılaşmaların pozulmasına səbəb olmayacaq, həm də «yeni müharibəni» tətikləyəcək. O, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinə nüvə silahı verilməsi halında Rusiya həm Ukrayna ərazisinə, həm də həmin başlıqların göndərildiyi Fransa və Britaniyanın zavod və bazalarına qarşı nüvə zərbələri endirmək hüququna malik olacaq.

Xədicə BAXIŞLI
 

Vumart və Güvən reklamı Vumart Güvən