"Rusiya bizi ələ keçirə bilmədi və bilməyəcək" - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Ukraynanın ərazisini ələ keçirə və ölkənin geosiyasi kursunu dəyişə bilməyib.
Redaktor.az xəbər verir ki, dövlər başçısı bu fikirləri "Fox News" telekanalına müsahibəsində səsləndirib.
“Rusiya bizi ələ keçirə bilmədi və bilməyəcək. Onlar qalib gəlməyiblər. Bu isə bizim üçün qələbədir. Biz müstəqilliyimizi və azadlığımızı qoruduq. Onlar bizim geosiyasi kursumuzu dəyişə bilmədilər”, – deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Moskva “bizim bayrağımızı öz bayrağı ilə əvəz edə bilmədi” və bu, çox vacib məqamdır. Ukrayna lideri bununla qürur duyduğunu bildirib.
Aytəkin TOFİQQIZI












