“Belə bir razılığa gələ bilsək, bütün dünya üçün yaxşı olardı”
Marko Rubio ABŞ-nin hələ də Çini silahlara nəzarət müqaviləsinə qoşulmağa inandığını bildirib.
Redaktor.az xəbər verir ki, Rubio deyib:
“Prezident qəti şəkildə inanır ki, nüvə sazişi də daxil olmaqla, istənilən razılaşmanın 21-ci əsrdə qanuni olması üçün üç ölkəni: ABŞ, Rusiya və Çin əhatə etməlidir”.
ABŞ Dövlət Katibi qeyd edib ki, Pekinin nüvə silahı istehsalında ABŞ və Rusiyadan geri qalması iddialarına baxmayaraq, onların “yetişmək potensialı var və artıq buna doğru irəliləyirlər”. O əlavə edib ki, Vaşinqton Çinin silahlara nəzarət müqaviləsində iştirakında israr etməyə davam edəcək.
Rubio yekun olaraq bildirib: “Belə bir razılığa gələ bilsək, bütün dünya üçün yaxşı olardı”.
Əvvəl bildirilmişdi ki, ABŞ bu həftə Cenevrədə çinli həmkarları ilə nüvə silahlarına nəzarətlə bağlı danışıqlar aparmağı planlaşdırır.
Aminə ŞAHSUVARQIZI












