Ərdoğandan Xocalı soyqırımı ilə bağlı PAYLAŞIM

 17:37 26.02.2026     208

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə liderinin “X” hesabında paylaşım edilib. 

“Xocalı soyqırımının 34-cü ildönümündə qətlə yetirilən azərbaycanlı bacı-qardaşlarımızı rəhmətlə, hüznlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Kədərini hər zaman qəlbimizin ən dərinliklərində hiss edəcəyimiz bu bəşəriyyətə zidd qətliamı əsla unutmayacağıq”, - Ərdoğan qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən