İranda deputatın avtomobili atəşə TUTULDU

 18:27 27.02.2026     408

İranın şimalında naməlum şəxslər deputatın avtomobilini atəşə tutub.

Redaktor.az “Tasnim”ə istinadən xəbər verir ki, hadisə İranın şimalındakı Qəzvin əyalətində baş verib.

Motosikletdə olan naməlum şəxslər tüfənglə deputat Abbas Beyqdelinin avtomobili atəşə tutublar. Onlar dərhal hadisə yerini tərk ediblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisəni törədən şəxslərin saxlanıldığı bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən