Rubio gələn həftə İsrailə səfər EDƏCƏK

 20:22 27.02.2026     282

ABŞ dövlət katibi Marko Rubio regional gərginliyin kəskinləşməsi və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları barədə artan ehtimallar fonunda martın 2-3-də İsrailə səfər edəcək.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott bildirib.

"Dövlət katibi bir sıra regional prioritetləri, o cümlədən İran, Livan ətrafındakı vəziyyəti və Prezident Donald Trampın Qəzza üzrə 20 bənddən ibarət sülh planının həyata keçirilməsi istiqamətində davam edən səyləri müzakirə edəcək", - Piqott deyib.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən