"Bölgədə ABŞ ilə İsrailin bütün obyektləri qanuni hədəfdir, heç bir “qırmızı xətt”imiz yoxdur" - İran rəsmisi

 13:27 28.02.2026     444

Bölgədə ABŞ və İsrailə məxsus bütün obyektlər İran üçün qanuni hədəfdir.

Redaktor.az xəbər verir ki, bunu adı açıqlanmayan İran rəsmisi “Al-Jazeera“ telekanalına deyib.

“ABŞ ilə İsrailin Yaxın Şərqdəki bütün maraqları və mövcudluğu bizim üçün qanuni hədəf olacaq. Bu təcavüzdən sonra bizim heç bir “qırmızı xətt”imiz yoxdur və hər şey mümkündür. Hətta daha əvvəl nəzərdən keçirilməyən ssenarilər də baş verə bilər”, - İran rəsmisi qeyd edib.

Onun sözlərinə görə, "İran ABŞ və İsrailin hücumundan təəccüblənməyib".

“Heç bir zaman məhdudiyyəti olmayacaq və kompleks cavab veriləcək. İranın təslim olması və ya özünü cilovlaması ilə bağlı bütün çağırışlar qəbuledilməzdir, bu, sadəcə xəyaldır”, - İran rəsmisi vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən