İsrail Xameneinin öldüyünü açıqladı - YENİLƏNİB
İranın Ali Rəhbəri Əli Xameneinin Tehrandakı iqamətgahından İran hakimiyyəti tərəfindən tapılan meyitinin görüntüsü İsrail Baş naziri Benyamin Netanyahuya təqdim edilib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrailin "Channel 12" telekanalı məlumat yayıb.
Qeyd edək ki, İran rəsmiləri və mediası bu barədə hələlik heç bir məlumat açıqlamayıb.
***
İranın Ali Rəhbəri Əli Xamenei bu səhər İsrailin İrana endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.
Redaktor.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail rəsmisi bildirib.
İrandan bununla bağlı təsdiq yoxdur.












