İran hökuməti Xameneinin ölümü ilə bağlı 40 günlük milli matəm elan ETDİ
İran hökuməti Ali Rəhbər Əli Xameneinin ölümü ilə bağlı 40 günlük milli matəm elan edib.
Redaktor.az “Əl-Cəzirə”ya istinadən xəbər verir ki, hökumət dövlət idarələrinin 7 gün müddətinə bağlanması ilə bağlı qərar qəbul edib.
“IRIB News”un məlumatına görə Xamenei vəzifə borcunu yerinə yetirdiyi zaman həlak olub. Hücumun şənbə gününün erkən saatlarında baş verdiyi bildirilir.
***
İranın ali dini lideri Ayətullah Əli Xameneinin ABŞ və İsrailin hücumları nəticəsində həyatını itirdiyi təsdiqlənib.
Redaktor.az xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.
Qeyd edək ki, İsrail 87 yaşlı Xameneinin səhər saatlarında həyata keçirilən hücumlarda öldüyünü açıqlayıb. Ardınca ABŞ Prezidenti onun ölümünü təsdiqləyib.












