İran Ərbildə yerləşən ABŞ aviabazasına zərbə endirdi

 09:09 01.03.2026     241

Bu gün səhər saatlarında İranın hücumundan sonra İraqın Ərbil beynəlxalq hava limanında yerləşən ABŞ aviabazasında yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. 

Qeyd edək ki, İran ABŞ-İsrail hücumlarına cavab olaraq, İraqın Ərbil şəhəri də daxil olmaqla, Yaxın Şərqdəki ABŞ hərbi bazalarına raket zərbələri endirib.

Vumart və Güvən reklamı Vumart Güvən