İsrail Tehranın mərkəzinə zərbələr endirir

 13:50 01.03.2026     370

İsrail Hərbi Hava Qüvvələri Müdafiə Ordusunun (SAXAL) dəstəyi ilə Tehranın mərkəzindəki İran rəhbərliyinə məxsus obyektlərə bir sıra zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

"Yayda baş vermiş əməliyyatdan sonra ilk dəfədir ki, İsrail ordusu Tehranın mərkəzində İran rejiminin hədəflərinə zərbələr endirir" , - deyə məlumatda bildirilir.

İsrail ordusunun İrana zərbələr endirməsi barədə bəyanatları fonunda Tehranda silsilə partlayışlar baş verib. Bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, partlayışlar raket hücumu nəticəsində baş verib. Onların fəsadları barədə hələlik məlumat daxil olmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən