“İran danışıqlar təklif edib” - Tramp

 20:51 01.03.2026     1133

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Amerika qüvvələrinin endirdiyi zərbələrdən sonra danışıqların bərpasını təklif edib və o, bu təşəbbüsü qəbul edib.

Redaktor.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "The Atlantic" nəşrinə müsahibəsində danışıb.

Trampın sözlərinə görə, Tehran kompromisə daha əvvəl getməli idi, lakin qərar verməkdə gecikib:

“Onlar indi danışmaq istəyirlər və mən də razılaşdım. Onlarla danışacağam. Bunu daha əvvəl etməli idilər. Çox uzun müddət gözlədilər”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən