İsraildə fövqəladə vəziyyət rejimi uzadıldı

 00:36 02.03.2026     377

İsraildə fövqəladə vəziyyət rejimi martın 12-dək uzadılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Kanal 12” telekanalı məlumat yayıb.

Bildirilib ki, fevralın 28-də İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatın ilk saatlarında ölkədə fövqəladə vəziyyət elan olunub. Telekanalın qeyd etdiyi kimi, hərbi kampaniya martın 12-dək başa çatarsa, fövqəladə vəziyyət rejimi daha tez ləğv edilə bilər. Lakin əməliyyatlar həmin tarixədək yekunlaşmazsa, müddətin yenidən uzadılması mümkündür.

Vumart və Güvən reklamı Vumart Güvən