İspaniya ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını PİSLƏDİ
İspaniyanın Baş naziri Pedro Sançes ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını yenidən pisləyib və onları əsassız adlandırıb.
Redaktor.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
“İnsan həm nifrət olunan rejimə qarşı ola, həm də əsassız və təhlükəli hərbi müdaxiləyə qarşı çıxa bilər. Mən bir daha dərhal gərginliyin azaldılmasına, beynəlxalq hüquqa hörmət edilməsinə və dialoqun tezliklə bərpasına çağırıram”, — deyə o bildirib.
Baş nazir eyni zamanda Avropadakı bütün ölkələri də onun çağırışına qoşulmağa və bu mövqeni bölüşməyə dəvət edib.
Aytəkin TOFİQQIZI












