Tramp və Netanyahunun İrana dair planı sadəcə ümiddir - İsrailin sabiq Baş naziri
İsrailin sabiq Baş naziri Ehud Olmert bildirib ki, İsarilin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp tərəfindən İranda hakimiyyət dəyişikliyi planı ciddi strategiyaya əsaslanmır, sadəcə ümidə söykənir.
Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.
“Netanyahu müharibə istəyirdi, Tramp isə xüsusi bir iş görmək arzusunda idi. Amma mən plan görmürəm, sadəcə hökumətin süqutuna ümid var", - deyə sabiq nazir qeyd edib.
O həmçinin vurğulayıb ki, İslam Respublikası rejimi əsasən dəyişməyəcək, amma konflikt İranı regional hərbi güc kimi zəiflədə bilər.
Aytəkin TOFİQQIZI












