İran ən böyük neft emalı zavodunu vurdu - VİDEO - YENİLƏNİB
İran pilotsuz təyyarəsi Səudiyyə Ərəbistanında "ARAMCO" neft emalı zavoduna hücum edib.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, "ARAMCO" neft emalı zavodu bağlanıb və işçilər təxliyə edilib.
***
İran pilotsuz təyyarəsi Səudiyyə Ərəbistanında "ARAMCO" neft emalı zavoduna hücum edib.
Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Ras Tanuradakı "ARAMCO" neft emalı zavoduna pilotsuz təyyarə hücumu edilib, əməliyyatlar ehtiyat tədbiri olaraq dayandırılıb, vəziyyət nəzarət altındadır”, – açıqlamada bildirilib.
Hadisə bir gün əvvəl BƏƏ-nin Fars körfəzindəki neft hasilatı platformasının da İran dronları tərəfindən vurulmasından sonra baş verib. Hadisə yerindən çəkilmiş fotolarda platformadan qalxan qara tüstü müşahidə olunub.
Aminə ŞAHSUVARQIZI












