ABŞ vətəndaşlarını Küveytdəki səfirliyindən uzaq durmağa ÇAĞIRDI
ABŞ vətəndaşları Küveytdəki səfirliyin ərazisindən uzaq durmağa çağırılıb.
Redaktor.az xəbər verir ki, səfirlik ABŞ vətəndaşlarını evdə, ən aşağı mərtəbədə qalmağa və pəncərələrə yaxınlaşmamağa tövsiyə edib. Diplomatik personal səfirlik binasının içərisində sığınacaq tapacaq.
Martın 2-də müxtəlif media orqanları ABŞ səfirliyinin ərazisindən tüstü qalxdığını bildiriblər. Lakin səfirliyin özünün hücumun hədəfi olub-olmadığı barədə məlumat yoxdur.
Küveyt hakimiyyəti daha əvvəl ölkənin müxtəlif yerlərində İran dronlarının ələ keçirildiyini açıqlamışdı.
Aminə ŞAHSUVARQIZI












