İsrailin Livana səhər zərbəsi nəticəsində ölənlərin sayı AÇIQLANDI
İsrailin Livanda həyata keçirdiyi hava hücumu nəticəsində ən azı 31 nəfər ölüb, 149 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki,"Əl-Cəzirə" telekanalı məlumatı Livan Səhiyyə Nazirliyinə istinadən yayıb.
"Əl-Cəzirə" qeyd edir ki, Beyrutun cənub kənarındakı Haret Horeik və Əl-Cəmus məhəllələrində xilasetmə işləri davam etdikcə, ölənlərin sayı arta bilər. Raketlər iki yaşayış binasına düşüb.
Aminə ŞAHSUVARQIZI












