İranda bir Çin vətəndaşı öldü - Çin XİN

 12:45 02.03.2026     293

Tehranda ABŞ və İsrailin hava hücumları nəticəsində bir Çin vətəndaşı həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq məlumat yayıb.

O bildirib ki, 2 mart tarixinə qədər Çin İrandan təxminən 3000 vətəndaşını təxliyə edib.

Mao Ninq dialoq və danışıqlar yolu ilə həllin əldə edilməli olduğunu vurğulayaraq deyib: “Ən təcili məsələ hərbi əməliyyatları dayandırmaq və münaqişənin yayılmasının qarşısını almaqdır”.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən