Küveyt səhvən ABŞ-nin 3 qırıcısını vurdu - VİDEO - YENİLƏNİB

 15:59 02.03.2026     965

ABŞ Küveytdə üç F-15 qırıcısının qəzaya uğradığını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı ABŞ Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələrinin İranın ballistik raketləri və dronlarının hücumlarını dəf edərkən səhvən Küveyt Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.

Mərkəzi Komandanlıq bildirib ki, altı ekipaj üzvü təhlükəsiz şəkildə katapult edib və vəziyyətləri stabildir.

“Küveyt bu hadisəni etiraf edib və Küveyt müdafiə qüvvələrinin səylərinə və davam edən bu əməliyyatda göstərdikləri dəstəyə görə minnətdarıq”, - bəyanatda deyilir.

Mərkəzi Komandanlıq hadisə ilə bağlı əlavə araşdırma aparıldığını bildirib.

***

Küveyt Müdafiə Nazirliyi martın 2-də ölkədə bir neçə Amerika hərbi təyyarəsinin qəzaya uğradığını açıqlayıb, heyət üzvlərinin isə sağ olduğu bildirilib.

Redaktor.az xəbər verir ki, bu açıqlama müxtəlif media orqanlarında Küveytdə qırıcı təyyarənin qəzaya uğradığını və pilotların təyyarədən katapultasiya etməyi bacardığını göstərən videonun yayılmasından sonra verilib.

CNN-in məlumatına görə, Küveyt Müdafiə Nazirliyinin sözçüsü polkovnik Səid Əl-Ətvan açıqlamasında bildirib: “Axtarış və xilasetmə əməliyyatları dərhal başladı. Ekipaj üzvləri qəza yerindən təxliyə edilib və qiymətləndirmə və lazımi tibbi yardımın göstərilməsi üçün xəstəxanaya aparılıb”.

O əlavə edib ki, ekipaj üzvlərinin vəziyyəti sabitdir və Küveyt əməliyyatları ABŞ hakimiyyəti ilə əlaqələndirir.

ABŞ və İsrailin 28 fevralda başlayan hücumlarından sonra İran Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirəcəyini açıqlamışdı. Artıq Küveyt, Qətər, BƏƏ, Bəhreyn və Omandakı bazalara zərbələr endirilib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən