İran xalqı Xameneinin xatirəsini yad EDİR

 13:17 02.03.2026     181

İranın böyük şəhərlərinin küçələrinə axın edən izdihamçılar İslam İnqilabının Lideri Ayətullah Seyid Əli Xameneinin xatirəsini yad edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Səhər saatlarından etibarən ölkə daxilində minlərlə iranlı milli birlik və kədərin rəmzi olaraq, şənbə günü Tehranda ABŞ və İsrailin hücumunda həlak olan liderin xatirəsini anmaq üçün küçələrə çıxıb.

Qara geyimli izdihamçılar Xameneinin şəkillərini və pankartlarını daşıyaraq şüarlar səsləndirib, ABŞ və İsrail rejiminə qarşı qəzəblərini nümayiş etdirib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən