"İranın nüvə obyektlərinə zərbələr barədə heç bir məlumat yoxdur" - Rafael Qrossi

 13:47 02.03.2026     227

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İran və Yaxın Şərqdəki hərbi fəaliyyəti narahatlıqla izləyir.

Redaktor.az xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.

BAEA-nın baş direktoru Rafael Qrossi BAEA Şurasının xüsusi iclasında bildirib ki, ABŞ və İsrailin hərəkətləri nəticəsində İrandakı heç bir nüvə obyektinə hücum edildiyi barədə məlumat yoxdur.

O əlavə edib ki, İranın nüvə tənzimləyiciləri ilə əlaqə saxlamağa çalışsalar da, hələlik cavab ala bilməyiblər.

Qrossi vurğulayıb: “Hər hansı bir nüvə obyektinə hücum edildiyi və ya zərər dəydiyi barədə heç bir məlumatımız yoxdur”.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən