UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Gülüstan Sarayına ziyan DƏYDİ
Tehranda yerləşən UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Gülüstan Sarayı ABŞ və İsrailin hava hücumları nəticəsində zərər görüb.
Redaktor.az xəbər verir ki, ISNA xəbər agentliyi partlayışların pəncərələrə, qapılara və güzgülərə zərər verdiyini bildirir.
Agentlik əlavə edib: “Bazar günü axşam ABŞ-İsrail birgə hücumu nəticəsində Tehranın cənubundakı Gülüstan Sarayının bəzi hissələri zədələnib”.
Aminə ŞAHSUVARQIZI













