Çin hərbi əməliyyatların regionun digər ölkələrinə yayılmasından NARAHATDIR
ABŞ İrana qarşı hərbi əməliyyata başlamazdan əvvəl Çini məlumatlandırmayıb. Bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
Redaktor.az bu haqda "Bloomberg"ə istinadla məlumat verir.
“Deyə bilərəm ki, Çin əvvəlcədən məlumatlandırılmayıb”, — deyə diplomat qeyd edib.
O əlavə edib ki, Çin döyüş əməliyyatlarının regionun digər ölkələrinə də yayılmasından “dərin narahatlıq” keçirir. XİN nümayəndəsi vurğulayıb ki, Pekin tərəfləri hərbi əməliyyatları dayandırmağa qəti şəkildə çağırır.
Aytəkin TOFİQQIZI












