ABŞ və İsrail qüvvələri İranın nüvə obyektinə hücum ETDİ
ABŞ və İsrail qüvvələri Nətənz nüvə obyektinə zərbələr endirib.
Redaktor.az xəbər verir ki, "Reuters" agentliyi məlumat yayıb.
İranın Vyanadakı səfiri Rza Nəcəfi martın 2-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) idarə heyətinin iclasında bildirib ki, “dünən onlar yenidən İranın dinc və təhlükəsiz nüvə obyektlərinə hücum ediblər”.
O əlavə edib ki, İranın nüvə silahı hazırlamaq istədiyi iddiası sadəcə böyük bir yalandır.
Aminə ŞAHSUVARQIZI












