Paşinyan İran Prezidentinə başsağlığı VERDİ
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana İran rəhbərliyinin və İran vətəndaşlarının vəfatı ilə əlaqədar başsağlığı teleqramı göndərib.
Redaktor.az xəbər verir ki, Armenpress-in məlumatına görə, Ermənistan Respublikası Baş Nazirinin Ofisinin yaydığı teleqramda deyilir:
“Zati-aliləri, İrandakı hadisələri böyük narahatlıqla izləyirik. İran İslam Respublikasının rəhbərliyi və vətəndaşları arasında baş verən itkilərlə bağlı başsağlığımı qəbul edin. Ali Lider Əli Xameneinin Ermənistan-İran münasibətlərinin inkişafındakı şəxsi rolunu həmişə xatırlayacağıq.
Bu çətin dövrlərdə Yaxın Şərqdə sülhün və sabitliyin tezliklə bərqərar olmasına ümid edirik. Fürsətdən istifadə edərək, sizə səbr, dost qonşu İran xalqına isə sülh və mətanət arzulayıram”.
Aminə ŞAHSUVARQIZI












