"ABŞ hərbçiləri Xameneiyə zərbə endirməyib" - Rubio

 14:43 02.03.2026     284

ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, Amerika hərbçiləri İranın ali lideri Əli Xameneiyə zərbə endirməyib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar İslam Respublikasında hakimiyyət dəyişikliyinə can atmayıb.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. ABŞ prezidenti xalqa müraciətində İranın nüvə ambisiyalarından imtina etmək istəməməsi səbəbindən Vaşinqtonun “səbrinin tükəndiyini” bildirərək, zərbələri bununla əsaslandırıb. İslam Respublikasında bir sıra şəhərlər, o cümlədən paytaxt hücuma məruz qalıb. Zərbələrdən biri ali lider Əli Xameneinin iqamətgahına endirilib və o, hücum nəticəsində həyatını itirib.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən