"AES-lərə hücumlar radioaktiv maddələrin yayılmasına səbəb ola bilər" - Qrossi
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi nüvə elektrik stansiyalarına (AES) hücumların şəhərlərin kütləvi şəkildə təxliyəsini zəruri edə biləcəyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə “The Guardian” qəzetinin məlumat yayıb.
Qrossinin sözlərinə görə, mülki nüvə elektrik stansiyalarına edilən hücumlar radioaktiv maddələrin yayılmasına səbəb ola bilər.
“Yaxın Şərqdəki vəziyyət ciddi narahatlıq doğurur. İran və regionda hərbi hücumlara məruz qalan bir çox digər ölkələrdə nüvə elektrik stansiyaları və nüvə tədqiqat reaktorları, eləcə də əlaqəli nüvə yanacağı saxlama müəssisələri fəaliyyət göstərir ki, bu da nüvə təhlükəsizliyinə təhdidi artırır”, – deyə BAEA rəhbəri vurğulayıb.
O qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərində dörd nüvə reaktoru fəaliyyət göstərir, İordaniya və Suriyada isə nüvə tədqiqat reaktorları mövcuddur. Qrossi əlavə edib ki, Bəhreyn, İraq, Küveyt, Oman, Qətər və Səudiyyə Ərəbistanı da müxtəlif dərəcələrdə nüvə texnologiyasına malikdir.
Aminə ŞAHSUVARQIZI












