Livandakı bütün təhsil müəssisələri BAĞLANDI
Livanın Təhsil Nazirliyi təhlükəsizlik təhdidləri və müxtəlif bölgələrdə davam edən hücumlar səbəbindən bütün dövlət və özəl məktəblərin, eləcə də peşə təhsili müəssisələrinin bağlandığını elan edib.
Redaktor.az xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi məlumat yayıb.
Nazirlik qərarın tələbələrin və müəllim heyətinin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edildiyini bildirib.
Həmçinin qeyd olunub ki, bir sıra dövlət məktəbləri məcburi köçkün ailələr üçün müvəqqəti sığınacaq kimi istifadə ediləcək.
Livanda yerləşən Hizbullah 2 martda İranın Ali Lideri Ayətullah Əli Xameneinin öldürülməsinə və “İsrailin davam edən təcavüzünə” cavab olaraq İsrailə qarşı hücumlar başladıb. Buna cavab olaraq İsrail Livanın müxtəlif ərazilərinə zərbələr endirib. Nəticədə 31 nəfər həlak olub, 149 nəfər yaralanıb.
Aminə ŞAHSUVARQIZI












