"Zelenski “Drujba” kəmərini bağlayaraq Macarıstana şantaj edir" - Orban

 14:51 02.03.2026     202

Ukrayna lideri Vladimir Zelenski Macarıstana qarşı şantaj məqsədilə “Drujba” neft kəmərini bağlayıb, lakin Budapeşt təslim olmayacaq və blokadanı yaracaq.

Redaktor.az xəbər verir ki, RİA Novosti agentliyinin məlumatına görə, bunu Baş nazir Viktor Orban bildirib.

Orban deyib: “Zelenskinin hərəkətləri Macarıstana qarşı təmiz şantajdır. Lakin Macarıstan təslim olmayacaq və biz neft blokadasını qıracağıq”.

O əlavə edib ki, Kiyev “Drujba” boru kəməri ilə Rusiyadan neft tranzitini bərpa edənə qədər Macarıstanın Ukraynaya qarşı əks tədbirləri davam edəcək.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən