"İran böhranının yeganə uzunmüddətli həlli diplomatikdir" - Ursula fon der Leyen
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, İrandakı böhranın yeganə uzunmüddətli həlli diplomatiyadır.
Redaktor.az xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.
Avropa Komissiyasının prezidenti Brüsseldə jurnalistlərə açıqlamasında deyib:
“Bu, İran üçün etibarlı bir keçid dövrü, nüvə və raket proqramlarına son qoyulması və bölgədəki sabitliyi pozan fəaliyyətlərinə son qoyulması deməkdir”.
O qeyd edib ki, gərginliyi azaltmaq və münaqişənin yayılmasının qarşısını almaq üçün ciddi səylər göstərilməlidir.
Aminə ŞAHSUVARQIZI












